AnTuTu 2025-cü ilin mart ayı üzrə ən güclü Android planşetlərinin reytinqini təqdim edib. Reytinqə 10 planşet daxil olub. Onlardan 3-ü Snapdragon 8 Gen 3, 2-si Snapdragon 8 Gen 2, 2-si Snapdragon 8s Gen 3, 1-i Snapdragon 7+ Gen 3, 1-i Snapdragon 8+ Gen 1, 1-i MediaTek Dimensity 8350 Ultimate vasitəsilə çalışır. Beləliklə keçən ayın ən güclü Android planşetləri reytinqinin ilk beşliyi belədir. Red Magic Gaming Tablet Pro, OnePlus Pad Pro, Lenovo Legion Y700 2025, Galaxy Tab S9 WiFi və Xiaomi Pad 6S Pro 12.4. İlk beşikdən sonrakı planşetlərin sıralanması isə belədir. Xiaomi Pad 7 Pro, Honor Pad GT Pro, OnePlus Pad, Xiaomi Pad 7 və Lenovo Legion Y700 2023.
