Bakı. Günaydın:
Attestasiya prosesində əldə olunan nəticələr musiqi və
incəsənət təhsilinin inkişafı baxımından önəmli müsbət göstəricilər
ortaya çıxarıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi
məlumat yayıb.
Bildirilib ki, attestasiya zamanı uyğun qiymətlərlə
keçən müəllimlərin böyük əksəriyyəti yüksək peşəkar səviyyədə
qiymətləndirilib, bu da musiqi və incəsənət məktəblərimizdə çalışan
yüksək potensiala sahib müəllimlərin olduğunu göstərir:
“Attestasiyada uğur qazanmış müəllimlər arasında Bakı
şəhəri üzrə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi və Rəşid
Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbi kimi məktəblərin
müəllimləri xüsusilə yaxşı nəticələr əldə ediblər. Bu məktəblərdə
çalışan müəllimlərin böyük əksəriyyəti attestasiya prosesini uğurla
başa vurub, bu da həmin təhsil müəssisələrinin keyfiyyətli təhsil
verdiyini göstərir.
Yaşı 60-dan yuxarı olan müəllimlərimizin əksəriyyəti
də attestasiya prosesində müsbət qiymətləndirilib. Bu, yaşlı
müəllimlərimizin təcrübəsinin və müasir pedaqoji yanaşmalara
uyğunlaşmalarının təhsildəki mühüm rolunu bir daha sübut edir.
Uğur qazanmayıb, lakin gələcəkdə daha yaxşı nəticələr
əldə etmək potensialı olan müəllimlər üçün isə işə qəbul
imtahanlarında iştirak etmək hüququ saxlanır. Onlar MİQ
imtahanlarında daha yüksək nəticə göstərsələr, məktəblərə qayıtmaq
imkanı əldə edəcəklər”.
<!—->
<!––>
“Bundan əlavə, yerli təhsili idarəetmə orqanlarında
xüsusi komissiyalar yaradılacaq. Bu komissiyalar vasitəsilə uğur
qazanmayıb, lakin gələcəkdə inkişaf edəcək müəllimlərə dəstək
veriləcək, sosial statusları mərhələli şəkildə qiymətləndiriləcək
və alternativ iş yerlərinə yönləndiriləcəklər.
Bu müsbət nəticələr, Azərbaycan təhsilinin daha da
inkişafı üçün atılan mühüm addımları göstərir və gələcəkdə daha
keyfiyyətli təhsil təminatı baxımından əhəmiyyətli irəliləyişlərə
yol açacaq”,- deyə məlumatda qeyd edilib.
Qeyd edilib ki, attestasiya zamanı 650 nəfər, başqa
sözlə hər üç müəllimdən biri, ən yüksək nəticə ilə – 5 komissiya
üzvünün hər birinin müsbət qiyməti ilə attestasiya prosesindən
uğurla keçib:
“Attestasiya prosesinin ilk mərhələsində iştirak edən 47
məktəbdən 15 məktəbin müəllimlərinin 90%-dən çoxu attestasiyanı
uğurla başa vurub. Son illər ərzində müəllimlərin işə qəbulu
müsabiqəsində iştirak edərək işə qəbul olan müəllimlərin hamısı
attestasiyadan uğurla keçib. Attestasiya prosesi tam videomüşahidə
ilə şəffaf şəkildə keçirilib, iştirakçı müəllimlərin cavabları tam
arxivləşdirilib. 492 müəllim attestasiya komissiyalarının
qiymətləndirməsinə əsasən tutduğu vəzifəyə uyğun hesab
edilməmişdir. Onlardan 37 nəfər Əmək Məcəlləsinin 79-cu maddəsinin
təsir dairəsinə düşdüyünə görə, əmək müqavilələrinə xitam
verilməyəcək. Yaşı 60-dan yuxarı olan, habelə ağır xəstəliklərdən
əziyyət çəkən təxminən 40 nəfərə alternativ iş yeri təklif
olunacaq. Attestasiyada 2 lehinə, 3 əleyhinə səslə tutduğu vəzifəyə
uyğun hesab edilməyən 112 nəfər təlimlərə cəlb ediləcək və müəyyən
müddətdən sonra təşkil olunacaq imtahanın nəticələrinə əsasən
əvvəlki iş yerlərinə qəbul edilə biləcəklər”.
“Attestasiyada uğur qazanmayan, lakin gələcəkdə daha yaxşı
nəticələr əldə etmək potensialı olan müəllimlərin (təxminən 300
nəfər) işə qəbul imtahanlarında iştirak etmək hüququ saxlanılır.
Onlar MİQ imtahanlarında yüksək nəticə göstərməklə məktəblərə
qayıtmaq imkanı əldə edəcəklər. Yerli mədəniyyət idarələrində (Bakı
və Abşeron-Xızı regionu üzrə) xüsusi komissiyalar vasitəsilə 2
lehinə, 3 əleyhinə səslə qiymətləndirilən müəllimlərlə iş
aparılacaq, eləcə də yaşı 60-dan yuxarı olan, habelə bir sıra ağır
xəstəliklərdən əziyyət çəkən təhsilverənlərə alternativ iş
imkanları yaradılacaq”, – deyə əlavə edilib.