Bakı. Günaydın:
6 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri
Maka Botçorişvili arasında telefon danışığı baş tutub.
Bu barədə Trend-ə Xarici
İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, tərəflər iki ölkə arasında dostluq və strateji
tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və perspektivlərini
müzakirə ediblər. Ölkələrimiz arasında ali və yüksək səviyyədə
mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin, siyasi
məsləhətləşmələr mexanizminin münasibətlərimizin daha da
gücləndirilməsinə töhfə verdiyi vurğulanıb. Cari ildə bu kimi
siyasi təmasların daha da genişləndirilməsinin əhəmiyyəti
vurğulanıb.
Nazirlər həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi
aparıblar.