Bakı. Günaydın:
Bakıda Daş Salnamə Muzeyində ilk Beynəlxalq Bakı
Mədəniyyət və Sənət Moda Həftəsi keçirildi.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, layihənin Milli direktoru, Azərbaycan Milli Geyim
Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü,
sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova və AFWEU -nun
(Asiya, Afrika, Amerika və Avropa qitələrini təmsil edir) təsisçisi
Aydın Açıkın təşkilatçılığı ilə Azərbaycan,
Qazaxıstan, Gürcüstan, Rusiya, Türkiyə dizaynerlərin iştirakı ilə
əsrarəngiz nümayişlər təqdim olundu.
Bağlanış mərasimində Nene Clothing (Gürcüstan), Natia
Budsizhvili (Gürcüstan) və Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin gənc dizaynerlərinin nümayişləri
keçirilib. Bildirilib ki, gənc azərbaycanlı dizaynerlərin ən yaxşı
əsərləri beynəlxalq arenada təqdim olunacaq. Axşamın aparıcısı –
Əməkdar Mədəniyyət İşçisi Leyla Quliyevadır. Stilist-vizajist
Səbinə İmanova. Gecənin kulminasiyası Gülnarə Xəlilovanın “Şəbəkə”
yeni kolleksiyasının defilesi olub. Beynəlxalq Bakı
Mədəniyyət və Sənət Moda Həftəsi alqış ilə tamamlanıb.
<!—->
<!––>
Gülnarə Xəlilova qonaqlara və layihənin həyata keçirilməsində
müxtəlif təşkilat və şirkətlərə göstərdikləri dəstəyə görə
təşəkkürünü bildirib. Qeyd edək ki, layihədə xarici modellər və
videoqraflar iştirak edib.
Baku Culture and Creative Fashion Week – tarixin və mədəniyyətin
moda ilə qarşılaşdığı bənzərsiz bir təcrübə təqdim etdi. Bakının
zəngin mədəni irsini və tarixini əks etdirən Daş Salnamə Muzeyi
builki Moda Həftəsi üçün ideal məkan seçilib. Muzeydə nümayiş
olunan tarixi daşlar və heykəllər keçmişdən bu günə qədər olan
hekayələri ilə modaya ilham verdi. Dizaynerlər estetik və simvolik
dəyəri əks etdirən tarixi daş elementlərindən ilhamlanan müasir və
yeni kolleksiyalar təqdim etdi. Hər bir moda nümayişi mədəni
elementlərin estetik və bədii dəyərlərini əks etdirən anlayışlarla
hazırlanmışdır. Ənənəvi geyim və aksessuarlar müasir moda zövgü ilə
birləşdirilmişdir. Moda sənayesinin inkişafı sahəsində xüsusi
çıxışlar təşkil olunub. Moda və sənətin birləşməsi həm yerli, həm
də beynəlxalq səviyyədə sənətkarlar və dizaynerlər arasında
əməkdaşlığı və yaradıcı dövrləri təşviq edərək,turizm və
iqtisadiyyatın inkişafına töhfə verilib.
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az,
Azernews.Az