Bakı. Günaydın:
Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə
daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və
kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol
Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya
tərəfindən təsdiq edilib.
Trend-ə bu
barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Yol Xəritəsinə əsasən, bu il təsis payının
özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrin qeydiyyat orqanı
tərəfindən onlayn qaydada Ədliyyə Nazirliyindən əldə edilərək
kommersiya hüquqi şəxsin təsisçi dəyişikliyinin qeydiyyata
alınmasını nəzərdə tutan qanunvericilik layihələrinin hazırlanması
planlaşdırılır.
Bundan başqa, fəaliyyəti xüsusi qanunvericilik aktları ilə
tənzimlənən hüquqi şəxslərin qeydiyyata alınması ilə bağlı digər
dövlət orqanları tərəfindən verilən sənədlərin elektron qaydada
qeydiyyat orqanına təqdim olunması ilə bağlı texniki imkanın
yaradılması gözlənilir.
<!—->
<!––>
Eyni zamanda, 2025-ci ildə xarici investisiyalı MMC-lərin
elektron dövlət qeydiyyatı zamanı təsisçi xarici hüquqi şəxsin
elektron apostil verilmiş xarici mənşəli sənədlərinin Elektron
Apostil Proqramı vasitəsilə yoxlanılaraq tərcüməsinin notarius
tərəfindən informasiya sistemi üzərindən distant rəsmiləşdirilməsi
və qeydiyyat orqanına təqdim olunması ilə əlaqədar texniki imkanın
yaradılması nəzərdə tutulur.
Xatırladaq ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə
Komissiyanın “Biznesə daxilolma” işçi qrupuna Dövlət Vergi Xidməti
rəhbərlik edir.
Yol Xəritəsi ilə ətraflı aşağıdakı linkdə tanış olmaq
mümkündür:
https://www.taxes.gov.az/uploads/2025/strategiya/Business%20Entry_2025%20roadmap_21.02.2025.pdf