Bakı. Günaydın:
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının
əməliyyat-axtarış tədbirləri nəticəsində 6 saylı cəzaçəkmə
müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.
Trend
xəbər verir ki, bu barədə Penitensiar Xidmət məlumat yayıb.
Bildirilib ki, məhkum Mövsüm Vaqif oğlu Mövsümova tanışı
tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman konfetlərin
içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 8,101 qram
metamfetamin aşkar olunub.
<!—->
<!––>
Faktla bağlı araşdırma aparılır.
“Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında
saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya
ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha
vətəndaşların diqqətinə çatdırılır”,- məlumatda qeyd edilib.