Motorola şirkəti keçən ilin iyun ayında qatlana bilən qapaqlı Motorola Razr 50 Ultra smartfonunu təqdim etmişdi. İndi isə şirkət Motorola Razr 60 Ultra-nın təqdimatına hazırlaşır. Evan Blass adlı məşhur insayder öz növbəsində təqdimata hazırlaşan Motorola Razr 60 Ultra-nın render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolardan da görmək olar ki, Motorola Razr 60 Ultra modeli xarici görünüşcə Motorola Razr 50 Ultra-dan heç də fərqlənməyəcək. Motorola Razr 50 Ultra-da olduğu kimi Motorola Razr 60 Ultra-nın yuxarı qapağının arxa hissəsini xarici ekran əhatə edəcək və xarici ekran üzərində iki ədəd kamera yerləşəcək. Son məlumat sızıntılarına inansaq, Motorola Razr 60 Ultra smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq və özündə 68 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareyanı birləşdirəcək.



