Bakı. Günaydın:
2024-cü ildə alimlərimiz tərəfindən nüfuzlu elmi nəşrlərdə dərc
edilmiş məqalələrin sayı 2022-ci illə müqayisədə 2 dəfə artıb.
Trend
xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev
sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, məqalələrin 61 faizi Q1 və Q2 kvartilli
jurnallarda dərc olunub, üçdə ikisi isə beynəlxalq əməkdaşlıq
çərçivəsində yazılıb.
<!—->
<!––>
“Bu rekord nəticə gələcək illərdə həm ali təhsil
müəssisələrimizin beynəlxalq reytinqlərdəki mövqeyinin
yüksəlməsinə, həm də digər qlobal hesabatlarda ölkəmizə aid
göstəricilərin yaxşılaşmasına təsir edəcək.
Qeyd edim ki, məlumatlar dünyanın aparıcı iki elmi nəşrlər
bazasından biri olan “Scopus”dan götürülüb”, – deyə nazir əlavə
edib.