Bakı.Trend:
Polşanın baş naziri Donald Tusk Rusiya sərhədlərində Avropanın
hərb iştirakını artırmağa çağırıb.
Trend bu barədə
xarici KİV-ə istinadla məlumat yayıb.
<!—->
<!––>
Tusk Brüsseldə keçirilən Avropa İttifaqı liderlərinin zirvə
toplantısı ərəfəsində jurnalistlərə verdiyi açıqlamada bu
istiqamətdə də müzakirələr aparacaqlarını vurğulayıb. O, Avropanın
birlikdə daha güclü olduğunu diqqətə çatdırıb.
“Avropa bütövlükdə Rusiya ilə istənilən hərbi, maliyyə, iqtisadi
qarşıdurmadan qalib ayrıla bilər. Biz sadəcə daha güclüyük. Biz
sadəcə buna inanmağa başlamalıyıq. Və bu gün bunun əlamətləri artıq
görünür”, – baş nazir əlavə edib