Ağdam. Trend:
Ağdamda baş verən yanğın zamanı 400 cücə tələf oldu.
Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə,
yanğın hadisəsi rayonun Zəngişalı kəndində baş verib.
Belə ki, kənd sakini Ələsgərova Aidəyə məxsus həyətdə baş verən
yanğın zamanı tikilidə saxladığı 400 cücə və tikilidə olan 300 kq
yem tikili ilə birlikdə yanıb. A.Ələsgərovanın sözlərinə görə, ona
ümumilikdə 4000 manata qədər ziyan dəyib.
<!—->
<!––>
Yanğının baş vermə səbəbi tikilidə istilik məqsədi ilə istifadə
edilən sobadan baş verməsi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır