Bakı. Günaydın:
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 Avropa çempionatı
davam edir.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu gün
qadın güləşi üzrə son medalçılar müəyyənləşib.
<!—->
<!––>
Gültəkin Şirinova (57 kiloqram) təsəlliverici görüşdə türkiyəli
Əminə Çakmaka 7:5 hesabıyla qalib gəlsə də, bürünc medal uğrunda
qarşılaşmada rumıniyalı Georgiana Lirkayla bacarmayıb – 2:9. Elnurə
Məmmədova (53 kiloqram) finalda rusiyalı Yekaterina Karpuşkinayla
qarşılaşıb. Rəqibinə 3:0 hesabıyla qalib gələn Elnurə Avropa
çempionu olub. Ruzanna Məmmədova (65 kiloqram) bürünc medal
görüşündə ukraynalı Oleksandra Rıbaka 2:8 hesabıyla məğlub
olub.