Bakı. Günaydın:
Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” layihəsi
çərçivəsində aprelin 11-də saat 19.00-da xanəndə və tarzən Şirulla
İmanovun 115 illiyinə həsr olunmuş xatirə konserti keçiriləcək.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, Şirulla
İmanov ötən əsrin əvvəlində Bakıda təşkil olunan konsertlərə
həvəslə qatılırdı. Tarzənin bacarığını yüksək qiymətləndirən
Ü.Hacıbəyli opera tamaşalarında tar ifaçılığını məmnuniyyətlə ona
həvalə edirdi. O, Opera və Balet Teatrı və Azərbaycan Dövlət
Filarmoniyasının solisti kimi fəaliyyət göstərir. M.Maqomayevin
“Şah İsmayıl”, Z.Hacıbəyovun “Aşıq Qərib”, Ü.Hacıbəylinin “Şeyx
Sənan” operalarında sənətkar həm vokal, həm də tar ifaçısı kimi
tamaşaçıların rəğbətini qazanır. Şirulla İmanova həsr olunan gecədə
tanınmış sənət adamları sənətkarla bağlı xatirələrini bölüşəcək,
xanəndələrin ifasında muğam və təsniflərdən ibarət konsert təqdim
olunacaq.
Biletlər əldə etmək üçün
<!—->
<!––>
https://iticket.az/events/concerts/memorial-evening-of-tarzan-and-singer-shirulla-imanov/148614
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az