Bakı.Trend:
Britaniya hökuməti bir sıra Suriya banklarına, o cümlədən
ölkənin mərkəzi bankına və Suriyaya aid neft şirkətlərinə qarşı
sanksiyaları ləğv edib.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə müvafiq sənəd Birləşmiş Krallığın Maliyyə
Nazirliyinin saytında dərc olunub.
<!—->
<!––>
Məlumata görə, qara siyahıdan Al Furat, Deir Ez-Zur, Dula, Ebla,
General Petroleum Corporation, Mahrukat, Overseas Petroleum
Trading, Syria Trading Oil Company (Sytrol), Syrian Company for Oil
Transport, Syrian Petroleum Company, həmçinin The Homs Refinery
Company və The Baniyas Refinery Company neft şirkətləri
çıxarılıb.
Eyni zamanda “Syrian Arab Airlines” aviaşirkətinə qarşı,
həmçinin səkkiz bankla, o cümlədən Sənaye bankı və Kommersiya
bankına qarşı sanksiyalar ləğv edilib.