Tərtər. Trend:
Bu gün növbəti köç karvanı ilə Ağdərə rayonunun Həsənriz kəndinə
çatan ailələrə evlərinin açarları təqdim olunub.
Trend-in bölgə müxbiri xəbər verir ki, Xankəndi
şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və
İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr
şöbəsindən verilən məlumata görə, Həsənriz kəndinə 25 ailə, 75
nəfər köç edib. Açarların təqdim edilməsi mərasimində, Xankəndi
şəhərində Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin
Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin rəsmiləri, mətbuat nümayəndələri və digər
şəxslər iştirak ediblər. Tədbirdə çıxış edən Xankəndi şəhərində,
Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi nümayəndəsinin
müavini Səbuhi Qəhramanov bildirib ki, işğaldan azad edildikdən
sonra Həsənriz kəndində yenidənqurma və bərpa işlərinə başlanıb.
Artıq kəndə 50 ailə köçürülüb. Bundan sonra da köç mərhələli
şəkildə həyata keçiriləcək. Hazırda kənddəki fərdi yaşayış
evlərində təmir işləri həyata keçirilir. Qısa zamanda Həsənriz
kəndi elektrik enerjisi, içməli su və təbii qazla təmin edilib.
Burada insanların yaxşı yaşaması üçün bütün zəruri infrastruktur
qurulub.
Doğma yurda qayıdan Ağdərə rayon sakinləri hərtərəfli dövlət
qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür
ediblər.
Həsənrizə qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara
ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah
sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları
naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla
qarşılaşdıqları zaman aidiyyatı qurumlara xəbər vermələri tövsiyə
olunub.
Qeyd edək, martın 3-də Həsənriz kəndinə ilk köç olub.25 ailə
doğma torpağına qayıdıb.
xxx
<!—->
<!––>
11:10
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Trend
-in bölgə müxbiri xəbər verir ki, Ağdərə rayonunun Həsənriz kəndinə
köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən
yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdir.
Bu mərhələdə kəndə 25 ailə – 75 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar,
həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət
diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora
köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan
layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət
qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə
yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,
turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40
minə yaxın insan yaşayır.