Bakı. Günaydın:
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən
“Sənaye təhlükəsizliyi” standartlaşdırma üzrə yeni Texniki Komitə
(AZSTAND/TK 50) təsis edilib.
Trend-ə bu
barədə AZSTAND-dan məlumat verilib.
Məlumata görə, sözügedən Texniki Komitə “Milli standartlaşdırma
sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair
2023-2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının
icrası istiqamətində sənaye təhlükəsizliyinin təmin edilməsi
sahəsində dövlət standartlarının hazırlanmasında maraqlı tərəflərin
iştirakı məqsədilə yaradılıb.
<!—->
<!––>
Texniki Komitəyə sədrlik və katibliyin fəaliyyətinin təşkili
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə
İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi
tərəfindən həyata keçiriləcəkdir.
Qeyd edək ki, Texniki Komitənin fəaliyyətində, həmçinin
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə
Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti və Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi
İdarəsinin nümayəndələri iştirak edirlər.