Bakı. Günaydın:
M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil
yolunun 102-ci kilometrində yolötürücüdə və kanal üzərində yerləşən
körpüdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq, avtomobil
yolunun qeyd edilən hissəsində 08 mart 2025-ci il saat 10:00-dan
etibarən nəqliyyat vasitələrinin hərəkəti qismən
məhdudlaşdırılacaq.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
məlumat yayıb.
<!—->
<!––>
Bildirilib ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə
olacaq.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan
müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli
olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə
və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”,-
məlumatda qeyd edilib.