Bakı. Günaydın:
Bu ay – martın 18-də Agentliyin xətti ilə “Türkman irsi:
vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçiriləcək.
Bunu Trend-ə
açıqlamasında Azərbaycan Respublikasının Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr
üzrə meneceri Ülviyyə Qarayeva deyib.
O qeyd edib ki, bu forumda İraq, Suriya və Türkiyədə yaşayan
türkmanlar iştirak edəcək.
“Forumdan öncə qonaqlar işğaldan azad edilmiş ərazilərə –
Şuşaya, Xankəndiyə, Xocalıya, Məhəmməd Füzulinin şərəfinə adı
verilmiş Füzuliyə səfər edəcəklər. Bu, tarixi forum olacaq. Aprel
ayında isə Azərbaycan QHT tarixində ən böyük tədbir keçiriləcək –
Qlobal Cənub QHT Platformasının Bakıda təsis yığıncağı olacaq. Bu
forumda 100-ə yaxın ölkədən xarici QHT təmsilçilərinin iştirakı
planlaşdırılır. May ayında isə səhiyyə profilli QHT-lərin Forumuna
hazırlaşırıq. Bu mühüm tədbirlərin hər biri ilk dəfədir. Bundan
başqa, il ərzində mübadilə proqramlarımız, Xankəndidə Azərbaycan
QHT-lərinin Əməkdaşlıq Forumu və digər çoxsaylı tədbirlərimiz,
QHT-lərlə bağlı qanunvericiliyə mühüm dəyişikliklərlə əlaqədar
təkliflərimiz olacaq”, – deyə Ü. Qarayeva qeyd edib.