Bakı. Günaydın:
Polis əməkdaşları tərəfindən ekoloji təhlükəsizlik qaydalarının
pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam
etdirilir.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə DİN-in Mətbuat
Xidməti məlumat yayıb.
Məlumata görə, Ağdaş rayonu ərazisində keçirilən növbəti tədbir
zamanı tullantıların urnalardan kənara atılması aşkar edilib.
<!—->
<!––>
Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə
rayon sakini olan 3 nəfər barəsində inzibati tənbeh tədbiri
görülüb.
Bundan başqa rayonun Dəhnəxəlil kəndi ərazisində ağac kəsilməsi
faktı aşkarlanıb. Qanunsuz ağac kəsdiklərinə görə 2 nəfər barəsində
araşdırma aparılır.
Bu istiqamətdə tədbirlər davam etdirilir.