Bakı.Trend:
Almaniyanın Hannover şəhərində avtomobil hissələrinin satışı
üzrə ixtisaslaşmış “Continental” şirkətinin təkər zavodunda
partlayış baş verib.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
<!—->
<!––>
Məlumata görə, partlayışdan sonra müəssiədə güclü yanğın meydana
gəlib. İnsident nəticəsində bir neçə nəfərin yüngül bədən
xəsarətləri aldığı bildirilir. Əraziyə xeyli sayda yanğınsödürənlər
və hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olunub.
Partlayışın səbəbi hələ ki, məlum deyil.