Bakı. Günaydın:
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev
Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və
səlahiyyətli səfiri Dmitri Pineviçlə görüşüb.
Trend-ə bu
barədə Komitədən məlumat verilib.
Qeyd edilib ki, Komitə sədri son illər ərzində ölkəmizdə
şəhərsalma və memarlıq sahəsində görülən işlər barədə ətraflı
məlumat verərək, Belarusun müvafiq qurumları ilə sıx əməkdaşlığın
uğurlu nəticələrindən bəhs edib.
<!—->
<!––>
Ötən il bağlanmış müvafiq saziş əsasında Ağdam rayonu Qızıl
Kəngərli kənd yaşayış məntəqəsinin aqrar şəhərcik formatında
layihələndirilməsinin iki ölkə arasında əlaqələrin
genişləndirilməsi baxımından əhəmiyyəti xüsusilə vurğulanıb.
Səfir öz növbəsində yaşayış məntəqələrinin və tikinti
obyektlərinin layihələndirilməsi üzrə qarşılıqlı faydalı
əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu istiqamətdə səylərini
əsirgəməyəcəyini deyib.