Bakı. Günaydın:
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrına yeni
direktor təyin edilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq
əmri ilə bu vəzifəyə pianoçu, bəstəkar, sənətşünas Ülviyyə Firudin
qızı Bəbirova təyinat alıb.
Ülviyyə Bəbirova 1986-cı ildə Bakıda anadan olub. Paytaxtdakı
276 nömrəli orta məktəbi bitirib. Eyni zamanda G.Şaroyev adına 35
nömrəli on bir illik Uşaq Musiqi Məktəbində fortepiano ixtisası
üzrə təhsil alıb. 2007-ci ildə Bakı Musiqi Akademiyasının
Fortepiano fakültəsinin bakalavr, 2010-cu ildə isə magistratura
pillələrini bitirib.
<!—->
<!––>
2014-cü ildə “Müasir Azərbaycan kino musiqisinin milli
xüsusiyyətləri (XX əsrin sonu – XXI əsrin əvvəli) mövzusunda
dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi
dərəcəsi alıb.
Ülviyyə Bəbirova dəfələrlə beynəlxalq və respublika
müsabiqələrinin laureatı olub.
Ölkəmizdə konsert proqramları ilə çıxış edib, əsərlərinə kliplər
çəkilib. O, həmçinin İctimai Televiziyada böyük redaktor
vəzifəsində çalışıb, bir sıra musiqi layihələrinin rəhbəri kimi
fəaliyyət göstərib. “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin
sədridir.