Bakı. Günaydın:
Martın 6-da Müstəqil Dövlət Birliyi Parlament Assambleyasının
(MDB PA) Elm və təhsil üzrə daimi komissiyasının videokonfrans
formatında iclası keçirilib.Tədbirdə MDB PA–da Milli Məclisin
nümayəndə heyətinin üzvləri- MDB PA-nın elm və təhsil üzrə daimi
komissiyasının sədr müavini Bəxtiyar Əliyev və komissiyanın üzvü
Fariz İsmayılzadə iştirak ediblər.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.
İclasda “Süni intellekt texnologiyaları haqqında”, “MDB-yə üzv
dövlətlər üçün gənc istedadların inkişafı və dəstəklənməsi
sisteminin normativ-hüquqi tənzimlənməsi” və digər qanun layihələri
ətrafında müzakirələr aparılıb.
Onlayın iclasın sonunda komissiyanın növbəti iclasının tarixi və
gündəliyi müəyyənləşdirilib.