Bakı. Günaydın:
Azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov, rusiyalı Marif
Pirayevlə Bakıda revanş döyüşü keçirmək istəyir.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə Nəriman Abbasovun məşqçisi Şəhriyar Abbasov məlumat
verib.
O, döyüşçülər arasında Bakıda üçüncü döyüşü təşkil etmək
istədiklərini və hazırda bu istiqamətdə danışıqlar apardıqlarını
bildirib. Abbasov, görüş üçün dəstək alındığı təqdirdə, döyüşün
mütləq Bakıda təşkil ediləcəyini vurğulayıb. Məşqçi, bunun
azərbaycanlı MMA həvəskarları arasında böyük maraq yaradacağına
əmin olduğunu qeyd edib.
<!—->
<!––>
Xatırladaq ki, Nəriman Abbasov 2024-cü ilin dekabrında Moskvada
keçirilən döyüşdə hakimlərin qərarı ilə Marif Pirayevə uduzmuşdu.
Abbasovun məşqçilər korpusu nəticədən narazı qaldıqlarını
bildirərək, döyüşün pankration üzrə hakimlər tərəfindən idarə
edildiyini vurğulamışdılar.
Əvvəlki döyüşdə isə 2022-ci ilin iyununda AMC Fight Nights
təşkilatının təşkil etdiyi görüşdə Nəriman Abbasov qalib gəlib.