Bakı. Günaydın:
04 mart 2025-ci il tarixində PAŞA Kapital İnvestisiya
Şirkətinin sponsorluğu ilə ölkəmizdə ilk dəfə “Fərqlərin
Bərabərliyi” konsepti adı altında “Qadın Liderləri Zirvəsi”
keçirildi. “Facemark” və “İNCİ – İşgüzar Xanımların
Ünsiyyət Klubu”nun birgə təşkilatçılığı ilə bu tədbir 500 nəfərə
yaxın dövlət və özəl sektor nümayəndəsini bir araya gətirərək,
qadın liderlərinin bilik və təcrübə mübadiləsi, həmçinin
şəbəkələşmələri üçün mühüm platforma rolunu oynadı.
“Lider qadın yoxsa Qadın lider?”, “İnnovasiya və
Strateji Yanaşmalar”, “Rəqəmsal Trendlər Dövründə
Qadınlar” mövzusunda 3 paneldən ibarət olan tədbirdə
3 moderator və 14 spiker öz geniş təcrübələrini
tədbir iştirakçıları ilə paylaşdılar.
Açılış nitqləri ilə ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri
Aysel Cəbrayılova, Milli Məclisin deputatı
Nigar Arpadarai və Dövlət İmtahan Mərkəzinin İdarə
Heyətinin sədri Məleykə Abbaszadə çıxış edərək,
qadın liderlərinin inkişafı və cəmiyyətdəki rolu haqqında
fikirlərini bölüşdülər.
<!—->
<!––>
“İnnovasiya və Strateji Yanaşmalar” paneli PAŞA
Kapital İnvestisiya Şirkətinin Marketinq Direktoru Gülşən
Cumayevanın moderatorluğu ilə keçdi. Paneldə əsas müzakirə
olunan mövzular arasında innovasiya və strateji yanaşmaların
formalaşmasında, icrası və tətbiqində qadınların rolu, qarşılaşdığı
ən böyük çətinliklər və onların həll yolları olub. Həmçinin, yerli
və qlobal bazardakı real nümunələr əsasında innovasiyanın
ictimai-sosial məqsədlər üçün tətbiqi, cəmiyyət üçün əhəmiyyətinə
dair müzakirələr aparıldı, tədbir iştirakçılarına geniş məlumat
verildi.
Qadınların inkişafını, maliyyə müstəqilliyini daim dəstəkləyən
PAŞA Kapital, fiziki və hüquqi şəxslərə geniş çeşiddə maliyyə
xidmətləri təklif edir.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri
haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya
və ya https://www.pashacapital.az/
saytına daxil ola bilərsiniz.