Bakı. Günaydın:
Sumqayıt şəhəri ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə
məşğul olan şəxslər barəsində polisə məlumat daxil olub.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə DİN-in Mətbuat
Xidməti məlumat yayıb.
Bildirilib ki, Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə bu əməldə şübhəli bilinən 28 yaşlı
N.Nuriyev və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum
olunmuş 25 yaşlı R.Kərimov müəyyən edilərək axlanılıblar.
<!—->
<!––>
Onlardan 2 kiloqramdan artıq narkotik vasitə olan marixuana
aşkar olunaraq götürülüb.