Bakı. Günaydın:
Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan “Medera”
hospitalın mühafizəçisi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə
prosesi də yekunlaşıb.
Bu gün Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi
ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Nürəddin Cəlilov 2 il 6 ay
müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Həmin
cəza 2 il müddətində şərti hesab olunub.
XXX
12:10
Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə
məhkəmə prosesi yekunlaşıb.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin
sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
<!—->
<!––>
Hökmə əsasən, Ağadadaş Ağayev xuliqanlıqda təqsirli bilinərək
ona 2 il azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq
edilməklə 1 il sınaq müddəti hesab edilməklə şərti hesab
olunub.
Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilən Ağadadaş
Ağayevin 2 il sınaq müddəti olmaqla 2 il müddətində şərti
azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəmişdi.
Qeyd edək ki, ötən ilin iyul ayında xalq artisti Ağadadaş
Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında
insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə
balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət
yetirib. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.
Ağadadaş Ağayev “Medera Hospital”ı mülki hüquq pozuntularından
yaranan öhdəliklər üzrə mübahisələr – mənəvi zərərin ödənilməsi
üçün məhkəməyə verib. Öz növbəsində, “Medera Hospital”ın rəhbəri
Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb. Müğənni
mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə
Ağadadaş Ağayevdən 500 min manat pul tələb edib.
Yanvarın 8-də Xalq artisti Ağadadaş Ağayevlə hospital,
mühafizəçi və xadimə arasında barışıq əldə olunub.
Daha sonra Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə
məhkəmə Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı
mülki iddiasına xitam verilməsi barədə qərar çıxarıb.