Bakı. Günaydın:
UEFA Çempionlar Liqasının 1/8 finalında “Atletiko Madrid”i
məğlub edən “Real Madrid” baş məşqçisi Karlo Ançelotti yeni rekorda
imza atıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, italiyalı mütəxəssis Çempionlar Liqasının 1/4 finalına ən çox
yüksələn baş məşqçi olub. O, bu uğura 15-ci dəfə nail olub.
<!—->
<!––>
Siyahıda Ançelottidən sonra Xosep Qvardiola yer alır. O,
çalışdırdığı komandalarla 14 dəfə turnirin 1/4 finalına
yüksəlib.
Qeyd edək ki, Çempionlar Liqasının 1/4 final mərhələsində “Real
Madrid” “Arsenal”la qarşılaşacaq.