Bakı.Trend:
Avropa “real təhlükə” ilə üz-üzə qalıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen öz “X”
platformasında yazıb.
Lyayen bildirib ki, Avropanın özünü müdafiə etmək və Ukraynanı
güclü mövqeyə keçirmək imkanı olmalıdır.
<!—->
<!––>
“Avropa aşkar və real təhlükə ilə üz-üzə qalıb. Biz özümüzü
müdafiə etmək və Ukraynanı güc mövqeyinə keçirməyə qadir olmalıyıq.
Avropanın yenidən silahlandırılması müdafiə xərclərini artıracaq,
bizim müdafiə-sənaye bazamızı möhkəmləndirəcək və özəl sektoru
investisiyalara təşviq edəcək”, – deyə o Brüsseldə keçirləcən
Avropa İttifaqı liderlərinin sammiti ərəfəsində yazıb.
Qeyd edək ki, Avropa İttifaqının növbədənkənar sammiti bu gün
Belçikanın paytaxtında keçirilir. Zirvə toplantısında başlıca
olaraq Ukraynaya yardım və “Avropanı yenidən silahlandırmaq”
proqramının müzakirəsi olacaq. Sözügedən proqramın layihəsində
Avropa İttifaqı ölkələrinin ABŞ-dan hərbi asılılığını azaltmaq
məqsədilə onun hərbi potensialının artırılması, bu məqsədlə də 800
milyard avro vəsaitin ayrılması nəzərdə tutulur.