Bakı. Günaydın:
Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin
tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 8-19 mart
tarixlərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil
olunacaq.
Trend-ə bu
barədə Nazirlikdən məlumat verilib.
Məlumata görə, 12 gün fasiləsiz davam edəcək yarmarkanın
təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd
məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin
etmək, fermer təsərrüfatları üçün alternativ satış kanalı
yaratmaqdır.
<!—->
<!––>
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro
stansiyasının çıxışı) ünvanında keçiriləcək yarmarkanın əsas
üstünlüklərindən biri məhsulların fermerlərin özləri tərəfindən
birbaşa olaraq satışa çıxarılmasıdır.
Yarmarkada ümumilikdə 20-dən artıq regiondan 55-dən çox fermerin
iştirakı gözlənilir. Fermerlər 150-dən artıq çeşiddə kənd
təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Qeyd edək ki, “Kənddən Şəhərə” Novruz yarmarkasında satışa
çıxarılacaq məhsullar yarmarkada iştirak üçün əvvəlcədən
qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim olunacaq.
Həmin fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu
və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz
məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər.
Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək
məqsədilə yarmarkada hər gün Azərbaycan Qida Təhlükəsizliyi
Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək.
Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun
keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın
xidmətlərindən faydalana bilərlər.