Bakı. Günaydın:
Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən evlərdən birinin
qarşısında naməlum şəxsin 28 yaşlı bir nəfərə fiziki zor tətbiq
etməklə 700 manatını talaması barədə polisə məlumat daxil olub.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə DİN-in Mətbuat
Xidməti məlumat yayıb.
Bildirilib ki, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli
bilinən 33 yaşlı A.Zamanov müəyyən olunaraq saxlanılıb.
<!—->
<!––>
Bundan başqa, rayon ərazisində yerləşən univermaqların birindən
270 manat dəyərində qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən
42 yaşlı S.Kərimovanın, həmçinin sağlamlıq mərkəzlərinin birində
bir qadının 120 manatını və 500 manat dəyərində qol saatını
oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı
Y.Xəlilovun saxlanılması da təmin edilib.
Araşdırmalar aparılır.