Bakı. Günaydın:
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət
Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika
ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata
keçirilməsi davam etdirilir.
FHN-dən Trend-ə
verilən məlumata əsasən, Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən
rayonun Divanlı kəndi ərazisində qanunsuz tikinti işlərinin
aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin
görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət
edilib.
<!—->
<!––>
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət
Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və
Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə
həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili
sökülüb.