Bakı. Günaydın:
İsraildə Azərbaycan rejissoru Rüfət Əsədovun iki yeni ekran
əsərinin – “Sevğimizin yolları” və “Mənim dostum Meir” filmlərinin
təqdimatı olub.
“Sevğimizin yolları” filminin ilk təqdimatı sözügedən ölkənin
Afula şəhərində baş tutub. Təqdimat mərasimi Diasporla İş üzrə
Dövlət Komitəsinin və Afula şəhər Bələdiyyəsinin dəstəyi ilə
keçirilib.
Qeyd edək ki, Azərbaycan əslli aşkenazi yəhudisi və müsəlman
azərbaycanlının əbədi məhəbbət hekayəsindən bəhs edən ekran
əsərində, həmçinin İsrail və Azərbaycan xalqlarının dostluğu
tərənnüm olunur. Filmin qəhrəmanları Mixail və Yeganə Salmanlar
hazırda İsraildə yaşayır və hər ikisi Azərbaycan-İsrail xalqları
arasında münasibətlərin daha da möhkmlənməsinə əhəmiyyətli töhfələr
verən diaspor fəallarıdır.
Həmin filmin növbəti təqdimatı aprel ayının 2-ində Qüdsdə
“Yerusəlim şəhər kitabxanası” və “Azərbaycan-İsrail Beynəlxalq
Assosiasiyasının” dəstəyi ilə keçirilib.
<!—->
<!––>
Aprel ayının 3-ündə isə İsrailin Kiryat-Byalik şəhər
Bələdiyyəsinin və “Sholumi” Mədəniyyət Mərkəzinin təşkilatçılığı
ilə Rüfət Əsədovun “Mənim dostum Meir” filminin təqdimatı olub.
Filmdə ölkəmizdə yaşayan dağ yəhudilərinin doğulub boya-başa
çatdıqları Azərbaycana sonsuz məhəbbətləri, Vətənə bağlılıqları
tərənnüm olunur. Həmçinin, ekran əsərində dağ yəhudilərinin
Azərbaycanda qorunub saxlanılan adət-ənənələrindən və milli-mənəvi
dəyərlərindən bəhs edilir.
Azərbaycanın İsmayıllı rayonunun Mücü-Həftoran kəndində yaşayan
Meir Manaşirov haqqındadır.
Təqadimatın sonunda rejissora “Dağ yəhudiləri mədəni və tarixi
irsinin qorunması” Mədəniyyət Mərkəzinin və Kiryat-Byalik şəhər
Bələdiyyəsinin rəsmi minnətdarlıq məktubu təqdim olunub.