MSI şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru MSI MAG 275QPF X30 adlanır. Beləliklə bu yeni monitor 300 Hz-lik təsvir yenilənməsinə sahib 2560×1440 piksel keyfiyyətli 27 düym ölçülü Rapid IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.5 millisaniyə təşkil edir. Ekran 10 bit-lik ərngləri dəstəkləyir və sRGB rəng diapazonunun 130%-ni, DCI-P3 rəng diapazonunun 95%, Adobe RGB rəng diapazonunun isə 89%-ni əhatə edir. Monitor özündə Adaptive SYNC texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 1.4a girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. MSI MAG 275QPF X30-un nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
