Bakı. Günaydın:
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz
Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və
dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində
səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam
etdirir. Bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Neftçala
rayonunun Qədimkənd kəndində fəaliyyət göstərən fərdi sahibkar
Leysanov Rasəf Firudin oğluna məxsus maye qazdoldurma məntəqəsində
plan üzrə yoxlama aparılıb.
Bu barədə Trend-ə FHN-in Mətbuat xidmətindən məlumat
verilib.
Bildirilib ki, yoxlama zamanı məntəqədə insan həyatı və
sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
<!—->
<!––>
“Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan maye qaz
tutumunun daxili baxışının və hidravlik sınağının keçirilmədiyi,
maye qaz tutumunun üzərində quraşdırılmış qoruyucu klapanların
növbəti yoxlamasının aparılmadığı, məntəqədə istismar olunan rezin
parçalı qolların sınaqdan keçirilmədiyi, həmçinin qurğu və
avadanlıqların torpaqlanma konturunun müqavimətinin yoxlanılmadığı
müəyyən edilib.
Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün
olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı
təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı
Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların
aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara
təqdim edilib”, – məlumatda qeyd edilib.