Nothing şirkətinin CMF adlı brendi hələ təqdim olunmamış yeni smartfonuynun ilk tizerini keçən həftə paylaşdı. İndi isə Nothing şirkəti rəsmi şəkildə CMF-nın yeni smartfonunun nə zaman təqdim olunacağını açıqlayıb. Üstəlik smartfonun necə adlanacağı da məlum olub. Daha öncə güman olunurdu ki, CMF-nın yeni smartfonu CMF Phone 2 adını əldə edəcək. Lakin Nothing-in anonsundan da görmək olar ki, brendin növbəti smartfonu CMF Phone 2 Pro adlanacaq. Şirkət tərəfindən təqdim olunmuş posterdə qeyd edilmiş məlumata əsasən CMF Phone 2 Pro smartfonu 28 aprel tarixində təqdim olunacaq. Smartfonun texniki imkanları barəsində ətraflı məlumat yoxdur. Lakin posterdəki dairələrdən belə qənaətə gəlmək olar ki, CMF Phone 2 Pro özündə üçlü arxa kameranı birləşdirəcək.
