Bakı. Günaydın:
Energetika naziri Pərviz Şahbazov martın 14-də Ucar, Zərdab,
Kürdəmir, Göyçay və Ağdaş rayonlarından olan vətəndaşları qəbul
edəcək.
Trend-ə bu
barədə Energetika Nazirliyindən məlumat verilib.
Məlumata görə, qəbul saat 11:00-dan başlayaraq Ucar rayon Heydər
Əliyev Mərkəzində (ünvan: AZ6100, Ucar şəhəri, Heydər Əliyev pr.73)
keçiriləcək.
<!—->
<!––>
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün
Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar
Xətt”i, 598-16-53/54 (daxili 1146, 1147, 1245) telefon nömrələri
(əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron
poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin
Kürdəmir filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov, əlaqə
telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: [email protected]) və
Mingəçevir filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov: əlaqə
telefonu: (070) 590-00-09, elektron poçt ünvanı: [email protected])
vasitəsilə müraciət edə bilərlər.
Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet
səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də
qəbul üçün müraciət etmək mümkündür.