TikTok-un Amerika aktivlərinin ayrılması ilə bağlı razılaşma dayandırılıb – Pekin, ABŞ prezidenti Donald Trump yeni rüsumlar tətbiq etdikdən sonra bu razılaşmanı təsdiqləməyəcəyini açıq şəkildə bəyan edib. Bu barədə Reuters iki mənbəyə istinadən məlumat yayıb. 2 aprel, çərşənbə günü təsdiqlənmiş ilkin sxemə əsasən, TikTok-un ABŞ seqmenti müstəqil bir şirkət kimi ayrılmalı və bu şirkət ABŞ-da yerləşərək əsasən amerikalı investorların mülkiyyətində və idarəçiliyində olmalı idi.

TikTok-un yaradıcı və hazırkı sahibi olan ByteDance şirkətinə isə yeni şirkətdə 20%-dən çox olmayan azlıq payı verilməsi nəzərdə tutulurdu. Bu razılaşma sxemi TikTok-un mövcud investorları, platformanın yeni investorları, ByteDance şirkəti və ABŞ hökuməti tərəfindən təsdiqlənmişdi. Trump komandası ilə birlikdə bu xidmətin alınması üzrə razılaşmada “böyük irəliləyiş” əldə etdiklərini bildirmişdi. Lakin platformanı kimin alacağı hələ də tam məlum deyil.
Buna baxmayaraq, bu irəliləyiş keçən həftə Trump-ın Çinlə bağlı 34%-lik yeni rüsumlar tətbiq etməsindən sonra pozuldu – Çin də eyni şəkildə cavab verdi. Yanvar ayında TikTok ABŞ-da qısa müddətlik bloklanmışdı. Trump prezident vəzifəsinə başladıqdan sonra bloklamanı 75 gün müddətinə təxirə saldı. Keçən həftənin sonunda isə məlum oldu ki, Trump bu təxirəni eyni müddətə bir daha uzadıb. TikTok-la bağlı razılaşmanın dayandırılması ilə əlaqədar nə ByteDance-dən, nə Ağ Evdən, nə də Çinin ABŞ-dakı səfirliyindən rəsmi şərh verilməyib.
Mənbə: Reuters