Bakı. Günaydın:
Türkiyə 2025-cü ilin fevral ayında Azərbaycana kimyəvi maddə
ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalaraq
38 milyon 756 min 4 dollara çatdırıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat
verilib.
2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən Azərbaycana
kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə
0,4 faiz artaraq,79 milyon 128 min 26 dollara bərabər olub.
<!—->
<!––>
Qeyd edək ki,2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin
dünya bazarlarına kimyəvi maddə ixracı 2024-cü ilin eyni ayı ilə
müqayisədə 1,2 faiz artaraq, 5 milyon 46 min 26 dollara bərabər
olub.
“Bu ilin fevral ayında Türkiyə 2 milyon 495 min 6 dollar
məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin fevral ayı
ilə müqayisədə 4,7 faiz azdır,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025)
Türkiyə 30 milyon dollar məbləğində kimyəvi maddə ixrac edib.