Bakı. Günaydın:
BMT-nin humanitar yardımlar üzrə rəsmisi Tom Fletçer 300
milyondan çox insanın təcili yardıma ehtiyacı olduğunu
bildirib.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, o, belə bir vəziyyətdə maliyyələşdirmənin
azaldığını və builki səviyyələrin rekord həddə düşəcəyinin
proqnozlaşdırıldığını deyib.
“Maliyyələşdirmənin amansız şəkildə kəsilməsi humanitar
ehtiyacların aradan qalxması demək deyil. Bugünkü fövqəladə fondun
(CERF) ayrılması resursları sürətlə ən çox ehtiyac duyulan yerə
çatdırır”, – Fletçer vurğulayıb.
<!—->
<!––>
BMT-nin saytında qeyd edilir ki, CERF-in ayırdığı 110 milyon
dolların üçdəbiri Sudanı və çoxlu köçkün sudanlının yaşadığı qonşu
Çadı dəstəkləyəcək. Vəsait, həmçinin Əfqanıstan, Mərkəzi Afrika
Respublikası, Honduras, Mavritaniya, Niger, Somali, Venesuela və
Zambiyada humanitar fəlakət bölgələrinə yönəldiləcək.
Ayrılan vəsaitin bir hissəsi həssas insanları iqlim şoklarından
qorumaq üçün həyat qurtaran təşəbbüslərə xərclənəcək.