Bakı. Günaydın:
Cari ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta
şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə
2,4 milyon manat sığorta ödənişi edilib.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
0,9 milyon manat, yaxud da 56,7% çoxdur. Belə ki, 2024-cü ilin ilk
ayı ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri
tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə 1,5 milyon
manat sığorta ödənişi edilib.
<!—->
<!––>
Yanvarda bu sığorta sinifi üzrə sığorta haqqlarının həcmi isə
5,6 milyon manat təşkil edib ki, bu da, illik müqayisədə 1 milyon
manat və ya 21,7% çoxdur. Ötən ilin yanvar ayında Azərbaycanda
fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən avtonəqliyyat
vasitələrinin sığortası üzrə 4,6 milyon manat sığorta haqqları
toplanıb.
Bəhs olunan dövrdə bu sığorta növü üzrə toplanılmış hər 100
manat sığorta haqqından 42,6 manat sığorta ödənişi edilib ki, bu
da, illik müqayisədə 9,2 manat artıqdır. Ötən ilin müvafiq dövründə
bu məbləğ 33,4 manat idi.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycandakı sığorta
şirkətlərinin xətti ilə 163.7 milyon manat sığorta haqqı yığılıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur. Eyni
zamanda, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərinin
xətti ilə 47.6 milyon manat sığorta ödənişi edilib ki, bu da
əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22.8% artım deməkdir.