Tərtər. Trend:
Bu gün ən sevincli günümüzdür.
Bunu Trend-ə
keçmiş məcburi köçkün İman Salahov Ağdərəyə köç zamanı fikirlərini
bölüşərkən deyib.
Onun sözlərinə görə, Ağdərədən çıxarkən 12 yaşı var imiş:
<!—->
<!––>
“İndi 45 yaşım var. Çox şadam ki, bu günləri görə bildim. Ali
Baş Komandanımız, Prezident İlham Əliyev və güclü ordumuz bu anları
bizə yaşatdı. Mən düşünürəm ki, bundan daha sevincli bir günümüz
ola bilməz”.
Qeyd edək ki, bu gün Ağdərə rayonunun Həsənriz kəndinə növbəti
köç karvanı yola salınıb. Bu mərhələdə kəndə 25 ailə – 75 nəfər
köçürülüb.