Bakı. Günaydın:
Almaniyanın ən böyük həmkarlar ittifaqı təşkilatlarından olan
Verdi ictimai sektor və yerüstü xidmət işçilərini martın 10-da 11
hava limanında birgünlük tətil etməyə çağırıb.
Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.
<!—->
<!––>
Məlumata görə, əvvəlcə Frankfurt aeroportunda planlaşdırılan
tətilin sonradan Münxen, Ştutqart, Köln-Bonn, Düsseldorf, Dortmund,
Hannover, Bremen, Hamburq, Berlin-Brandenburq və Lepytsiq-Halle
aeroportlarını əhatə edəcəyi bildirilib.
Tətilin səbəbi dövlət və bələdiyyələrlə davam etdiriləcək
əməkhaqqı danışıqlarıdır. Hazırkı danışıqlarda işəgötürənlər hələ
də konkret təklif irəli sürmədiyi və tələbləri yerinə yetirməyə
hazır olmadıqları üçün bu xəbərdaredici tətil təşkil olunacaq.