AOC şirkəti həm adi istifadəçilər həm də gamerlər üçün nəzərdə tutulmuş yeni büdcəli monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru AOC 24B35H adlanır. Bu yeni monitor 120 Hz-lik təsvir yenilənməsinə sahib 1920×1080 piksel keyfiyyətli 24 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 4 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir. Monitor isə özündə Adaptive Sync texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI və VGA girişlərini əldə edib. AOC 24B35H artıq Çin bazarında satışa çıxıb və onun qiyməti 55$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
