Bakı. Günaydın:
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 7
mart 2025-ci il tarixində Səudiyyə Ərəbistanı Krallığının Ciddə
şəhərinə işgüzar səfərə yola düşüb.
Bu barədə Trend-ə XİN-dən
məlumat verilib.
Məlumat görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun İslam
Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının fövqəladə
iclasında iştirakı, habelə bir sıra ikitərəfli görüşlərinin
keçirilməsi nəzərdə tutulub.