Majin Bu ləqəbli nüfuzlu insayder bu ilin ikinci yarısında təqdimatı gözlənilən ultranazik iPhone 17 Air smartfonunun maketlərinin fotolarını paylaşmağa davam edir. Daha əvvəl o, iPhone 17 Air və 17 Pro modellərinin öz CAD-renderlərinə əsasən hazırlanmış maketlərini yayımlamışdı. İndi isə o, daha keyfiyyətli bir iPhone 17 Air maket fotolarını təqdim edib. Göstərilən 3D model sadə dizaynı nümayiş etdirir – bir arxa kamera və gövdə, hansı ki, yayılan şayiələrə görə qalınlığı 5.5 mm-dən çox olmayacaq.

Bu da onu indiyədək Apple-ın ən nazik smartfonu edəcək. Majin Bu maketi qara rəngdə hazırlayıb və qeyd etmək lazımdır ki, bu dizayn çox zərif və eleqant görünür. Gözlənilir ki, smartfon Apple A19 prosessoru, 48 MP-lik əsas kamera və bir ədəd səsgücləndirici təchiz olunacaq. Əvvəllər proqnozlaşdırılırdı ki, iPhone 17 Air-in ABŞ-dakı satış qiyməti 900 dollardan başlayacaq, lakin indi Trump-ın tətbiq etdiyi yüksək rüsumlara görə bu məbləğin xeyli artacağı gözlənilir. iPhone 17 seriyasının təqdimatının 2025-ci ilin payızında baş tutacağı planlaşdırılır.


