Bakı. Günaydın:
Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabat
Milli Məclisə daxil olub.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, hesabatın parlamentin növbəti həftə ərzində keçiriləcək
plenar iclasında təqdim edilməsi gözlənilir.
<!—->
<!––>
Hesabatda hökumətin ötən il ərzində gördüyü işlər, Nazirlər
Kabinetinin fəaliyyəti yer alacaq.
Məlumat üçün bildirək ki, “Azərbaycan Respublikasının Milli
Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad
məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında”
Konstitusiya Qanununun 1-ci maddəsinə uyğun olaraq Nazirlər
Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında
fəaliyyəti barədə hesabat verir.