Motorola şirkəti öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Moto G Stylus 2025-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı və Snapdragon prosessorunu əldə edib. Moto G Stylus 2025 smartfonu xarici görünüşcə Motorola-nın son zamanlarda təqdim etmiş olduğu smartfonların xarici görünüşlərindən heç fərqlənmir. Moto G Stylus 2025 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2712×1220 piksel keyfiyyətli 6.7 düym ölçülü pOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edir. Ekran üstəlik stilus dəstəyinə sahibdir.

Moto G Stylus 2025-nin gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir və MIL-STD-810H hərbi standartının tələblərinə cavab verir. Smartfon Snapdragon 6 Gen 3 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon özündə 50 MP + 13 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 68 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Moto G Stylus 2025 artıq satışa çıxıb və onun qiyməti 399$ təşkil edir.
Mənbə: GSMarena