Bakı. Günaydın:
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz
saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi
istiqamətində əməliyyat və profilaktik tədbirlər davam
etdirilir.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə DİN-in Mətbuat
Xidməti məlumat yayıb.
<!—->
<!––>
Bildirilib ki, martın 8-də və 9-da polis əməkdaşları paytaxt və
respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 1 tapança,
2 qumbara, 10 tüfəng, 5 patron darağı və 477 ədəd müxtəlif çaplı
patron aşkar edərək götürüblər.