Bakı. Günaydın:
38 küçə və prospekt üzrə işıqforlara “yaşıl dalğa” əmri
verilib.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bir neçə gündür paytaxtın mərkəzi küçə və
prospeklərində axşam saatlarında yaranan nəqliyyat sıxlığının
müddəti və sıxlıq olan yolların sayı artıb. Müşahidələr göstərir
ki, martın 3-dən başlayan prosesin davam edəcəyi ehtimal
olunur.
<!—->
<!––>
Təhlillər onu deməyə əsas verir ki, Ramazan ayı ilə əlaqədar
bəzi vətəndaşlar şəxsi nəqliyyat vasitələrindən daha çox
istifadəyə, xüsusilə də mərkəzi küçə və prospektlərdə yerləşən
ictimai iaşə obyektlərində təşkil olunan iftar məclislərində
iştirak etməyə üstünlük verirlər. Pik saatlarda yaranan nəqliyyat
sıxlığının müddəti bu səbəbdən artmağa başlayır və nəticədə şəhərin
digər yollarına da ( şəhərə giriş-çıxış yolları) təsir edir.
Nəqliyyat intensivliyini artırmaq məqsədilə bu küçə və
prospektlərdə işıqforlara “yaşıl dalğa” əmri verilən küçələrin
siyahısı aşağıdakılardır:
1. S.Vurğun küçəsi;
2. A.Bakıxanov küçəsi;
3. M.Müşfiq küçəsi;
4. Mehdi Hüseyn küçəsi;
5. Ş.Bədəlbəyli küçəsi;
6. M.Füzuli küçəsi;
7. R.Behbudov küçəsi;
8. K.Rəhimov küçəsi;
9. 28 May küçəsi;
10. Ü.Hacıbəyli küçəsi;
11. Y.Səfərov küçəsi;
12. A.Cəlilov küçəsi;
13. Ak.Həsən Əliyev küçəsi;
14. Gülarə Qədirbəyova küçəsi;
15. İstiqlaliyyət küçəsi;
16. C.Hacıbəyli küçəsi;
17. Ə.Ağaoğlu küçəsi;
18. Vaqif küçəsi;
19. Ə.Dəmirçizadə küçəsi;
20. Nəsib bəy Yusifbəyli küçəsi;
21. Y.V.Çəmənzəminli küçəsi;
22. M.Araz küçəsi;
23. Nazim Hikmət küçəsi;
24. M.Mehdizadə küçəsi;
25. Nizami küçəsi;
26. Süleyman Rəhimov küçəsi;
27. Tbilisi prospekti;
28. 8 Noyabr prospekti;29. Q.Qarayev prospekti;
30. İnşaatçılar prospekti;
31. Neftçilər prospekti;
32. Z.Əliyeva prospekti;
33. Azadlıq prospekti;
34. Azərbaycan prospekti;
35. Xətai prospekti;
36. Atatürk prospekti;
37. Parlament prospekti;
38. F.Xoyski prospekti.