Bakı. Günaydın:
Aprelin 5-də Azərbaycan Avtomobil Federasiyasının (AAF)
təşkilatçılığı ilə “Offroad” – yolsuzluq avtomobillərinin yürüşü
keçiriləcək.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, Bakı-Xızı-Şamaxı-İsmayıllı marşrutu üzrə baş tutacaq
yürüş saat 9:00-da Heydər Əliyev Mərkəzinin qarşısından start
götürəcək.
Yürüşün keçirilməsində məqsəd avtomobil idmanının inkişaf
etdirilməsi, həmçinin regionlarda avtomobil həvəskarlarının bu
idman növünə cəlb olunmasıdır.